- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə qoşulub.
Allsport.az xəbər verir ki, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.
92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib.
Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn Abdullayev 1/8 finala yüksəlib. Onun növbəti qarşılaşması oktyabrın 31-də olacaq.