- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Almaniyanın Hamburq şəhərində boksçuların dünya çempionatında 1/8 final sona yetib. Allsport.az saytı xəbər verir ki, mərhələnin son günündə millimizin 2 üzvü rinqə çıxıb.
Məhəmmədrəsul Məcidov (+91 kq) yarışda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).
O, 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.
Ondan fərqli, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq-da mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.
Çevrək finalda Məhəmmədrəsul Məcidova Kamran Şahsuvarlı (75 kq) yoldaş olacaq. Rio olimpiadasının bürün mükafatçısı daha əvvəl 1/8 finalda qələbə qazanıb.