- Baxış sayı: 51
- 28 Noyabr 2024 23:11
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Avqustun 3-də Bosniya və Hersoqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandaları da mübarizə aparacaq.
Yığmamız oğlanların yarışında Sahib Baxışlı (40 kq), Əli Abaslı (42 kq), Ramiz Ağadadaşov (44 kq), Oğuz İbrahimli (46 kq), Tunar Mehtiyev (48 kq), Yusif Həsənli (50 kq), İbrahim Bədəlli (52 kq), Adəm Aslanov (54 kq), Anzor İsrafilov (57 kq), Nurlan Müseyibli (60 kq), Şükar Əliyev (63 kq), Şahin Layıcov (66 kq), İsmayıl Məmmədov (70 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənovla (90 kq) təmsil olunacaq.
Qızların mübarizəsində Aysel Fərəcova (40 kq), Ayşən Miriyeva (42 kq), Saraxanım Səmədova (44 kq), Sima İsmayılova (46 kq), Cəmilə Muradlı (48 kq), Kəmalə Həsənova (51 kq), Səma Abbasova (60 kq) və Fidan Bəkərova (64 kq) rinqə çıxacaqlar.
Birincilikdə Qalib Əbiyev isə hakimlər sırasında yer alacaq.