“Məndən kimin qalib gələcəyini soruşmayın”

Əfsanəvi amerikalı boksçu Mayk Tayson iki rus idmançı Dmitri Bivol və Artur Beterbiyev arasında baş tutacaq titul döyüşü ilə bağlı təxminlərini verib.
Allsport.az xəbər verir ki, Bivol və Beterbiev sabah Səudiyyə Ərəbistanında yüngül çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər.
“Düşünürəm ki, Beterbiyev yaxşı döyüş nümayiş etdirəcək, mən Arturun böyük fanatıyam. Ümumiyyətlə, mən obyektiv olmayacam, ona görə də məndən kimin qalib gələcəyini soruşmayın”, – Tayson müsahibəsində deyib.
Dmitri Bivol peşəkar boksda 23 döyüş keçirib və 23 qələbə qazanıb. Artur Beterbiyev isə 20 döyüşdə 20 nokautla qalib gəlib.

Həmin kateqoriyadan