- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Madriddə U-15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir.
Allsport.az xəbər verir ki, son yarış günü Azərbaycan atletlərdən Məhəmmədəli Məmmədzadə U-15 kateqoriyasında mübarizəyə qoşulub. 88 kq çəki dərəcəsində yarışan təmsilçi birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək gümüş medala sahib olub.
Məhəmmədəli təkanla qaldırma hərəkətində 147 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalını qazanıb.
Bu çəki dərəcəsində yarışmış digər Azərbaycan təmsilçisi Ayxan Məmmədov isə toplamda 218 kq (102+116) nəticə ilə birinciliyi 6-cı pillədə başa vurub.