- Baxış sayı: 40
- 06 Aprel 2025 18:26
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II dünya olimpiya təsnifat turnirində üçüncü döyüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 final çərçivəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.
Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib. Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən I dünya olimpiya təsnifat turnirində Tayfur Əliyevi məğlub edən yapondan revanş da alıb.
Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 yay olimpiya oyunlarına lisenziya qazanacaq. O, mayın 31-də 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.
Qeyd edək ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.