- Baxış sayı: 43
- 14 Aprel 2026 19:40
- Baxış sayı: 114
- Aprel 14, 2026
- 0

Allsport.az xəbər verir ki, britaniyalı atlet Stiv Şenks məşhur London marafonunu qaçdıqdan sonra evə qayıdarkən yolda vəfat edib.
“London marafonunun hər bir təşkilatçısı və iştirakçısı aprelin 23-də yarışdan sonra evə gedən Şenksinin vəfat xəbərindən çox kədərlənib.
Stivin 45 yaşı var idi və bir çox marafonlarda iştirak etmiş çox təcrübəli bir qaçıcı idi. O, finişə 2 saat 53 dəqiqə 26 saniyəyə çatıb.
London marafonunun təşkilində əməyi olan hər kəs Stivin həyat yoldaşı Cesə, onun övladlarına və dostlarına dərin hüznlə başsağlığı verir” – deyə marafonun təşkilatçılarının bəyanatında bildirilib.
Stiv Şenksin ölüm səbəbi tibbi müayinədən sonra müəyyən ediləcək.