- Baxış sayı: 31
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Avropa idman şəhərləri və paytaxtları federasiyasının baş katibi Huqo Alonso ölkəmizdədir. Allsport.az saytı xəbər verir ki, o, səfər çərçivəsində gənclər və idman nazirliyində olub. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan qonaq, bunun Avropa parlamentinin ldman siyasətini həyata keçirən təşkilat olduğunu deyib.
Azərtac.az-ın məlumatına görə, Huqo Alonso qurumun həyata keçirdiyi layihə çərçivəsində hər il bir neçə şəhərin “Avropanın idman şəhəri”, bir şəhərin isə “Avropanın idman paytaxtı” tituluna layiq görüldüyünü söyləyib:
“Bu tədbirin təşkilində əsas məqsəd Azərbaycanın müxtəlif şəhər və rayonlarının “ACES Europe”un həyata keçirdiyi layihəyə qoşulub fəal iştirakına nail olmaqdır. Təşkilat 20 ilə yaxındır ki, Avropada fəaliyyət göstərir və indiyədək 500-ə yaxın şəhər müxtəlif titullara layiq görülüb. Bu ildən “Dünya idman paytaxtı” titulu təsis edilib. İlk titula Əbu-Dabi layiq görülüb”.
Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov Nizami yurdunun bu il “Avropa idman şəhəri” tituluna layiq görüldüyünü bildirib. O qeyd edib ki, layihə çərçivəsində şəhərin gəncləri arasında sağlam həyat tərzinin təbliğinin daha da genişləndirilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Həmçinin şəhərin idman infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür, parklarda idman qurğuları quraşdırılır.
Sonra “ACES Europe”un fəaliyyəti, təltif edilən şəhərlərlə bağlı videoçarx nümayiş olunub. Qeyd edək ki, “Avropanın idman şəhəri” tutuluna MDB ölkələri arasında ilk dəfə məhz Gəncə şəhəri layiq görülüb.