- Baxış sayı: 69
- 15 Dekabr 2025 18:04
- Baxış sayı: 245
- Dekabr 15, 2025
- 0

I MDB oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb.
Allsport.az xəbər verir ki, medallara tayboksçular sahib çıxıb.
Əli Əliyev (60 kq) və Məhər Əsədzadə (63,5 kq) 3-cü yer tutublar.
67 kq-da Rəvan Ağazadə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.
Öncə, qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək.