MDB oyunlarının bugünkü gündəliyi

III MDB oyunlarının altıncı günündə 7 idman növü üzrə yarış olacaq. Allsport.az saytı xəbər verir ki, Gəncə idman sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin burada voleybol matçları baş tutacaq. “A” qrupunda Rusiya Belarusla üz-üzə gələcək. “B” qrupunda Özbəkistan və Tacikistan qarşılaşacaq.

Qəbələ şəhər stadionunda növbəti futbol matçları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla görüşəcək. “B” qrupunda isə Rusiya Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.

Bundan başqa, Qəbələ atıcılıq mərkəzində stend atıcılığında (skit və trap) təsnifat və final qarşılaşmaları baş tutacaq.

Qəbələ olimpiya idman kompleksində badminton yarışları davam edəcək. “A” və “B” qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.

Yevlax olimpiya idman kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri baş tutacaq.

Şəki olimpiya idman kompleksində isə batut gimnastikası üzrə yarış başlayacaq.

Həmin kateqoriyadan