MEDİA-nın direktoru ilə AİJF prezidentinin növbəti görüşü olub

Medianın inkişafı agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan idman jurnalistləri federasiyasının prezidenti Qabil Mehdiyev arasında AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər paketinin müzakirəsi məqsədilə görüş keçirilib. Toplantıda idman mediasına mümkün dövlət dəstəyi ilə bağlı məsələlər, xüsusən də AİJF-nin MEDİA-ya təqdim etdiyi təkliflər ətrafında birgə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı, Əhməd İsmayılov, təqdim edilən bəzi təkliflər ümumən agentliyin öz qarşısına qoyduğu planlarla üst-üstə düşdüyünü qeyd edib. Həmçinin vurğulanıb ki, agentlik öz fəaliyyətində heç bir media nümayəndəsinə fərq qoymayacaq və idman jurnalistləri də digər media nümayəndələri kimi dövlətin yaratdığı imkanlardan istifadə edə biləcəklər. 

Eyni zamanda yaxın gələcəkdə tətbiq edilməsi planlaşdırılan yeniliklərə əsasən istər qəzetlər, istər saytlar, istərsə də digər media subyektləri tərəfindən biznes layihələrin hazırlanıb Agentliyə təqdim edilməsi nəzərdə tutula bilər. Bu layihələr həmin media subyektinin gələcək inkişafına təkan vermək məqsədi daşımalıdır. A

gentlik perspektivli olacağına əmin olduğu təqdirdə həmin layihələrin və onları təqdim edən media qurumlarının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirə bilər. Əhməd İsmayılov bildirib ki, idman saytları da qeyd olunan layihələrlə çıxış etmək imkanı əldə edəcək. Görüş zamanı bildirilib ki, ötən ildə olduğu kimi bundan sonrakı dövrdə də idman jurnalistləri Agentlik tərəfindən təşkil edilən yazı müsabiqələrində iştirak edə biləcəklər.

Həmin kateqoriyadan