Mehriban Əliyeva qanvermədə iştirak edən idman jurnalistləri federasiyasına təşəkkür edib

Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib. Allsport.az xəbər verir ki, o bunu rəsmi saytında bildirib:

“Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!”

Mehriban Əliyeva təşkilatların adlarını açıqlayıb. Siyahıda idman jurnalistləri federasiyası da var. AİJF tədbirdə həm yeganə idman federasiyası, həm də yeganə jurnalist təşkilatı kimi fərqlənib.

Həmin kateqoriyadan