- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında paraatlet Lamiyə Vəliyevanı qızıl medal qazanması münasibətilə təbrik edib.
Allsport.az xəbər verir ki, paylaşımda deyilir:
“Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”