- Baxış sayı: 93
- 07 Yanvar 2026 16:57
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan komandası ikinci yoldaşlıq oyunu keçirib.
Allsport.az xəbər verir ki. millimiz növbəti dəfə Danimarka yığması ilə qarşılaşıb.
Bakı idman sarayında təşkil olunan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.
Komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.