- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 69
- Noyabr 25, 2024
- 0
Milli idman brendi “İl’Azero” yeni sosial layihəyə başlayıb. Allsport.az saytının məlumatına görə, yeni buraxılan kolleksiya kommersiya məqsədli deyil, milli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarını hədiyyələrlə sevindirməkdir. Şirkətin təsisçisi və sahibi, tanınmış voleybol meneceri İlqar İmamquliyev bu barədə belə deyib:
“Bizi öldürə bilməyən, bizi daha güclü edir! İnşallah, bütün əziz vətəndaşlarımız ümumbəşəri bəlanın ağuşundan yeni dəyərlər, sağlam ruh və möhkəm can ilə yeni həyata gülümsəyər və yaşamlarına rəng qatarlar. “İİ’AZERO” ailəsi olaraq hər kəsi yeni dövrə doğma QARABAĞımız və bütöv AZƏRBAYCAN’ımızla qədəm qoyması münasibətiylə təbrik edir, hüzurunuza #ucrengisev – #love3color adlı milli ruhda tərtib olunmuş möhtəşəm kolleksiya ilə təşrif buyururuq.
Bu kolleksiya kommersiya məqsədli deyil və yalnız milli atributlarını, naxış və rəmzləri təbliğ etməklə, ölkəmizi layiqincə təmsil edən dəyərli idmançılarımız, ictimai xadimlərimiz və ən əsası, canı bahasına bizə 2-ci Qarabağ zəfəri sevincini yaşadan qazi yoldaşlarımızı kiçicik də olsa, hədiyyələrlə sevindirmək üçün nəzərdə tutulub. Böyük marağınız və sevginizi görüb sevinir və qürrələnirik, amma qeyd etmək istərdik ki, sözverdiyimiz kimi bu kolleksiyada satış olmayacaq”.
HƏR ŞEY VƏTƏN ÜÇÜN !!!