- Baxış sayı: 55
- 10 Aprel 2025 20:43
- Baxış sayı: 95
- Aprel 21, 2025
- 0
Para-taekvondo milli komandamız Avropa çempionatına hazırlıqları davam etdirir. Allsport.az xəbər verir ki, idmançılarımız noyabrın 24-də Türkiyəyə yola düşəcəklər.
Antalyada keçiriləcək qitə birinciliyi noyabrın 27-də start götürəcək. Əvəz Tağıyevin baş məşqçiliyi altında komandamız sayca 3-cü AÇ-də 12 taekvondoçu ilə təmsil olunacaq. Tam heyət belədir:
Anar Hüseynov (-61 kq – K41), Şamil Kərimov (61 kq – open), Nicat Müslümov(75 kq – K2), Rövşən Rzayev (-75 kq – open), Devran Məsənov (-61 kq – K42), Namiq Abbasov (61 kq – K43), Aynur Məmmədova (58 kq – K44), Bahar Şıxəliyeva (-49 kq – K44), Aleksandr Poleşuk (+75 kq – K42), Vüsal İsmayılov (+75 kq – K44), Rövşən Qəhrəmanlı (-61 kq – K44), Əbülfəz Abuzərli (-75 kq – K44).