- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha 2 medalı rəsmiləşdirib.
Komandamızın heyətində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (80 kq) gümüş mükafata yiyələliblər.
Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.