Qazanda tam heyətlə

Kişi boks millisi Tatarıstanın paytaxtına yollanıb. Allsport.az xəbər verir ki, yığmamız “BRİCS idman oyunları”nda iştirak edəcək.

Turnirdə komandamız tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu BRİCS sports games Kazan 2024”də Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Cavid Çələbiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Fəqan Məmmədov (80 kq), Seyid Seyidov (86 kq), Vətən Hüseynli (92 kq) və Yohannes Nuriyevə (92 kq) fürsət verəcək.

Multi-idman yarışında boksçular iyunun 19-22-də döyüşəcəklər.

Həmin kateqoriyadan