Millimiz Rusiya çempionatına dəvət alıb

Bu gün milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və Rusiya Federasiyasının abilimpiya mərkəzinin rəhbəri Dina Makeyeva arasında onlayn görüş keçirilib. Allsport.az xəbər verir ki, görüş zamanı Azərbaycanda abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Makeyeva yeni yaradılan Azərbaycan milli abilimpiya federasiyanın rəhbərliyini bu ilin noyabr ayında baş tutucaq Rusiya milli abilimpiya çempionatına dəvət edib.

2021-ci ilin mayında Moskvada keçiriləcək X beynəlxalq abilimpiya çempionatında millimizin iştirakı üçün dəvət məktubu daxil olub. Ölkəmiz ilk dəfə olaraq belə mötəbər yarışda iştirak edəcək.

Həmin kateqoriyadan

azenrutr