Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə başladı

Kişi boksçulardan ibarət millimizin təlim-məşq toplanışının Bakı boks mərkəzində keçirilən ilkin mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, baş məşqçi Umberto Orta Dominqesin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Abşeron olimpiya idman kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 27-dək davam edəcək. Baş məşqçi daha sonra komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.

Həmin kateqoriyadan