- Baxış sayı: 45
- 19 Yanvar 2025 18:40
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, ötən gün bir çox çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib. Milli komandamızın 6 üzvü 1/4 finalda gücünü sınayacaq.
57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz ¼ finalda şotlandiyalı Kallum Stüartla qarşılaşacaq.
Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz 1/4 finalda macarıstanlı Mark Kontreçlə üz-üzə gələcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar.
Qeyd edək ki, 80+kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.