- Baxış sayı: 37
- 22 Dekabr 2024 13:44
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
“Artıq 3 aydır ki, məşqlərə başlamışıq. Bu komanda 2021-ci ildə dünya çempionatında iştirak edib. Mundialdan sonra boksçular heç bir turnirə qatılmayıblar”. Allsport.az saytı xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin baş məşqçisi Pedro Roke deyib. Kubalı mütəxəssis yığmada hər şeyin plan üzrə getdiyini açıqlayıb. Onun sözünə görə, boksçular əvvəlki səviyyələri ilə müqayisədə daha yaxşı formadadırlar və beynəlxalq turnirlərdə iştirakın zamanı yetişib:
“Təcrübə üçün yarışlara qatılmaq vacibdir. Paris-2024 yay olimpiya oyunlarına təxminən 2 il vaxt qalıb. Düşünürəm ki, bir müddət öncə boksçuların məşq üçün motivasiyaları yox idi. Hazırlıq səviyyələri də bir az aşağı düşmüşdü. Buna baxmayaraq, məşqlərimizi davam edirik, boksçularımızın performansında ciddi şəkildə artım var. Tapşırıqları çox yüksək səviyyədə yerinə yetirirlər”.
O bildirib ki, avqustun sonundan yığma 2 komandaya bölünməklə yarışlarda mübarizə aparacaq: “Olimpiya çəki dərəcələrində 9 boksçu ilə ABŞ-a yollanırıq. Orada öncə təlim-məşq toplanışı keçəcək, ardınca yarışda onların gücünü yoxlayacağıq. Qeyri-olimpiya çəkilərdə isə əsas heyət üzvləri Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər. Bu yarışlar avqustun sonu, sentyabrın əvvəlində olacaq. Bundan sonra hazırlıqları davam etdirəcəyik”.