- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan boksçusu Mirşərif Kazımzadə Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.
Bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq.