- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Bu gün MOK-un təşəbbüsü ilə olimpiya idman növlərinə aid federasiyaların mətbuat katibləri ilə internet üzərindən görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda həmkarlarımızla əməkdaşlığı daha möhkəmləndirmək və qarşılıqlı informasiya mübadiləsi şəraitində fəaliyyəti davam etdirmək haqqnda fikir mübadiləsi aparılıb.
Mətbuat katibləri bu illər ərzində ilk dəfə baş tutan belə bir görüşün birgə fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Qarşılıqlı əməkdaşlığa dair planlar müzakirə olunub. Postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qərara alınıb ki, MOK və olimpiya idman növləri üzrə milli federasiyalar birgə onlayn layihələr gerçəkləşdirə bilər. Bunu PR və tanıtımı məqsədilə müştərək çalışmaların aparılması da nəzərdə tutulub.