“Monako” basketbolçuları maaş borcuna görə tətil edə bilər

Maliyyə böhranı yaşayan “Monako” klubunun oyunçuları maaşların 6 həftə gecikməsi səbəbindən Fransa çempionatının növbəti matçına çıxmaqdan imtina etməyi planlaşdırırlar.

Allsport.az xəbər verir ki, basketbolçular rəhbərliyə ödənişlərin edilməsi üçün bu günün sonunadək vaxt qoyublar. Problemlər səbəbindən kluba transfer qadağası qoyulub ki, bu da yeni transfer Kori Cozefin komandadan ayrılaraq “Olimpiakos”a keçməsinə səbəb olub.

Vassilis Spanulisin yetirmələri Fransa çempionatında lider olsalar da, Avroliqada son 4 oyunda məğlubiyyətlə üzləşiblər.

Həmin kateqoriyadan