Müəllimlər günü münasibətilə xüsusi tədbir

Azərbaycan idman akademiyasında 5 oktyabr – Müəllimlər günü münasibətilə xüsusi tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda müəllimlərin təhsildəki əvəzsiz rolu vurğulanıb təltif olunma olunma mərasimi baş tutub. Yığıncağı giriş sözü ilə açan elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, müəllimlərin gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərin dəyərinin əvəzsiz olduğunu qeyd edib.

Tədbir çərçivəsində müəllimlərin fəaliyyətini və Akademiyanın inkişafında göstərdikləri töhfələri əks etdirən video nümayiş olunub. Eyni zamanda, 22 aprel-14 sentyabrda Azərbaycan idman akademiyasında strateji inkişaf planı çərçivəsində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilmiş “İdman təhsili: Tədris və təlimə fərqli baxış” təkmilləşmə təlimlərini uğurla başa vuran müəllimlərə xüsusi sertifikatlar təqdim edilib.

Sonda idman akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək, müəllimlərin uğurunun təməlində dayandığını vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Həmin kateqoriyadan