- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ” bu gün ruminıyalı baş məşqçisi Dorinel Munteanunu istefaya göndərə bilər. Allsport.az xəbər verir ki, bu haqda qol.az saytına klubun meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, məşqçilər korpusu komandanın uğursuz çıxışına görə məsuliyyəti öz üzərinə götürüb:
“Premyer Liqada Xəzər Lənkəran”a 0:3 hesablı məğlubiyyətdən sonra məşqçilər heyəti uğursuz çıxışlara görə məhz özlərininin məsuliyyət daşıdığını və istefaya getməyə hazır olduqlarını bildirib. Onlar klub rəhbərliyinə dedilər ki, komanda bu mövsüm daha yaxşı çıxış etməli idi”.
Əzizov deyib ki, klub rəhbərliyi baş məşqçinin istefası ilə əlaqədar bu gün yekun qərar çıxaracaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 13 oyundan 14 xal toplayan “Qəbələ” 6-cı yeri tutur.