- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boks üzrə yığma komandamız Tailanddan sonra Bakıdakı təlim-məşq toplanışını da yüksək səviyyədə başa vurub. Allsport.az xəbər verir ki, milli komandanın böyük məşqçisi Nəriman Abdullayev təlim-məşq toplanışının səmərəliliyindən danışıb:
“Fevralın 10-dan martın 1-dək davam edəcək təlim-məşqlərdə Türkiyə və Bolqarıstan milliləri ilə birgə hazırlıq keçəcəyik. Türkiyədə, əsasən texniki və taktiki hazırlığa fikir verəcəyik. Boksçuların səhvlərini təhlil edir, ayaqla çalışmalara diqqət yetiririk.
Boksçularımızın bəziləri ayaqları yorulduqdan sonra rinqdə lazımi səviyyədə işləyə bilmirdilər. Artıq bu problemi aradan qaldırmışıq və bunun müdafiədə etibarlılığı təmin edəcəyinə inanırıq. Əminəm ki, boksçularımız Bakıya yüksək idman formasında qayıdacaqlar”.