Narkomaniyaya qarşı təbliğata başladı

BMT-nin baş assambleyası tərəfindən 26 iyun tarixi narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü elan edilib. Allsport.az saytı xəbər verir ki, bunun əhəmiyyəti və vacibliyini geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan cüdo federasiyası “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları ilə kampaniya elan edərək, səsini eşitdirməyə və bütün idman ictimaiyyətini səfərbər olmağa çağırıb.

Tədbirib əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir. Cüdonun cəmiyyətdə kütləviləşməsi, müsbət və maarifləndirici dəyərlərə sahib olması onun sağlam həyat tərzinin təşviq edilməsində və müsbət sosial dəyişikliklərə töhfə vermək gücünü vurğulayır.

Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar. Bununla da cüdo ailəsi sağlam cəmiyyətlərin qurulmasına sadiq olduqlarını nümayiş etdiriblər. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti güləş, gimnastika, həndbol, stolüstü tennis, ağırlıqqqaldırma federasiyalarına ötürüb!

Bizə qoşul! İdmanı seç, sağlam qal! Narkotikə yox!

Həmin kateqoriyadan