Nazir abilimpiya çempionatının iştirakçıları ilə görüşüb

Martın 17-də gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq abilimpiya çempionatına yollanan milli komanda üzvləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, mötəbər yarışda ilk dəfə olaraq iştirak edəcək komandaya uğurlar arzulayan nazir çempionatın ölkəmizdə abilimpiya hərakatının yayılmasına təkan verəcəyini bildirib.

Abilimpiyaçılar qəbula və səmimi görüşə görə təşəkkür edib, bunun komandanın mənəvi ruhunun yüksəldilməsi baxımından böyük rolu olduğunu vurğulayıblar.

22-25 mart 2023-cü il tarixlərində Fransanın Mets şəhərində keçiriləcək çempionatda poster dizaynı, proqramlaşdırma, kompüter yığılması, web səhifələrin hazırlanması, dərzilik, çörək bişirilməsi, masaj, dulusçuluq, aşpazlıq, mətn tərtibi, ağac üzərində oyma, multimedia jurnalistikası, milçə ilə toxuculuq sahələri daxil olmaqla ümumilikdə 13 peşə sahəsi üzrə (11 kişi, 4 qadın) 15 nəfər abilimpiyaçı ölkəmizi təmsil edəcək.

Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan milli abilimpiya federasiyasının prezidenti İlqar Rəhimov da iştirak ediblər.

Həmin kateqoriyadan