- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov, milli paralimpiya komitəsinin nümayəndələri, yığma komandaların baş məşqçiləri və şəxsi məşqçilərlə görüşüb.
Allsport.az saytı xəbər verir ki, toplantıda 2023-cü il üçün paralimpiya üzrə beynəlxalq yarışların və yarışlara hazırlıq üzrə təlim-məşq toplanışlarının ilkin təqvim planının hazırlanması, uşaq paralimpiya hərəkatının inkişafı, 2023-cü ildə ölkə yarışlarının təşkili və keçirilməsi müzakirə edilib.
İclasda həmçinin, paralimpiya idman növlərinin inkişafına dəstək haqqında fikir mübadiləsi aparılıb, məşqçi-mütəxəssislərin fikir və təklifləri dinlənilib.