Nazir müavini qazaxıstanlı həmkarını qəbul edib

Noyabrın 20-də gənclər və idman nazirinin müavini Mariana Vasileva Qazaxıstan respublikasının turizm və idman nazirinin müavini Yerjan Yerkinbayevi qəbul edib.

Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir müavini ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə gənclər və idman nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Ülviyyə Hacıyeva, Elvin Zeynallı, Qazaxıstan respublikasının turizm və idman nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Ağmaral Camaladova, turizm sənayesi komitəsinin daxili təhlil şöbəsinin müdiri Nurbol Bəycanov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Daniyar Batalov iştirak ediblər.

Həmin kateqoriyadan