- Baxış sayı: 34
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov, Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçuların Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan komandasını qəbul edib.
Allsport.az saytı xəbər verir ki, millimiz oğlanlar arasında ümumi hesabda 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub. Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.
Görüşdə boksçuları qitə çempionatında uğurlu çıxışları münasibətilə təbrik edən nazir, onlara növbəti yarışlarda uğurlar arzulayıb.