Nazir sakinləri qəbul etdi

Martın 14-də gənclər və idman naziri Fərid Qayıbov Quba və Qusar rayon sakinlərini qəbul edib.

Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovla birlikdə Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qusar olimpiya idman kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Həmin kateqoriyadan

azenrutr