Nazir YUNESKO-da çıxış etdi

Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin iyunun 26-29-da Bakıda keçiriləcək VII beynəlxalq konfransına hazırlıq məqsədi ilə martın 20-də Parisdə YUNESKO-ya üzv ölkələrin daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası baş tutub.

Allsport.az saytı xəbər verir ki, 100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasın açılışında gənclər və idman naziri, bu təçkilatın bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin sədri Fərid Qayıbov çıxış edib və mötəbər tədbirə hazırlıq barədə məlumat verib.

Görüşdə YUNESKO baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.

Həmin kateqoriyadan