- Baxış sayı: 39
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

Mayın 16-da gənclər və idman naziri Fərid Qayıbov Zaqatala olimpiya idman kompleksinə baxış keçirib.
Allsport.az xəbər verir ki, o, aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, görülən işlərin icra vəziyyəti barədə məlumat alıb.
Təmir işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq, müvafiq tövsiyə və tapşırıqlarını verib.