- Baxış sayı: 42
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Boks üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Niyaməddin Allahverdiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qalib adını qazanıblar.
Komanda hesabında “Neftçi İdman Klubu” 1-ci, BFL 2-ci, “Qızıl əlcək” 3-cü olub. Çempionatda ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi İdman Klubu”) isə ən yaxşı məşqçi adını qazanıblar.