“Nokautun olacağını hiss edirəm”

Səkkiz çəki dərəcəsində keçmiş dünya çempionu Menni Pakyao açıqlama verib.

Allsport.az xəbər verir ki, əfsanəvi boksçu açıqlamasında Artur Beterbiyevlə Dmitri Bivol arasında keçiriləcək revanş görüşünü şərh edib:

“Cavab görüşü vaxtından əvvəl başa çatacaq. Bu, şübhəsiz ki, əla döyüş olacaq. Mütləq izləyəcəm, onlar iki yüksək səviyyəli boksçudur. Kimin favorit olduğunu deməyəcəyəm, onlar bərabərdirlər. Amma nokautun olacağını hiss edirəm”.

Bivol və Beterbiyev arasında revanş döyüşü fevralın 22-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Həmin kateqoriyadan