Novruz şənliyində idman tədbirlərini Bakı şəhər gənclər idarəsi həyata keçirəcək

Həmişə olduğu kimi, bu il də paytaxtda Novruz bayramı dövlət səviyyəsində qeyd olunacaq. Allsport.az saytı xəbər verir ki, martın 19-da tədbir Qız qalasının qarşısında meydanda keçiriləcək, sonra dənizkənarı milli parkda davam etdiriləcək.

Şənkildə nümayiş olunacaq çalğı, rəqslər, bədii hissə mədəniyyət nazirliyi, güləş, zorxana və digər idman tədbirləri isə Bakı şəhər gənclər idarəsi tərəfindən hazırlanacaq. Eyni zamanda, Qız qalasının qarşısında böyük tonqal qalanacaq.

Bayran ovqatı bir həftə davam edəcək. Hər gün İçəri şəhərdə və Sabir bağının qarşısında konsert proqramı və yarmarka təşkil olunacaq.

Həmin kateqoriyadan