Nuripaşa Talibov: Qələbəni özümüzə məxsus şəkildə hədiyyə etmək istəyirdik

“Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov “Caciques Venezuela” komandası ilə görüşdən sonra (5:0) bu matç barədə fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, о, qələbəni komandanın baş menecerinə həsr etdiklərini deyib:

“Bu elə bir qarşılaşma idi ki, mütləq qələbə qazanmalı idik. Çünki görüşdən 3 gün əvvəl klubumuzun baş meneceri Rizvan Gənciyevin 50 yaşı tamam olmuşdu.

Biz də ona özümüzə məxsus şəkildə hədiyyə etmək istəyirdik. Rinqə çıxan boksçuların hamısı qələbə haqda düşünürdü. Sözümüzün üstündə durduq və 5:0 hesabı ilə qələbə qazandıq”.

 

Həmin kateqoriyadan