- Baxış sayı: 57
- 22 Mart 2026 15:42
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İstəyimiz çox idi. “Qarabağ” kimi komandaya 2:1 qalib gəldiyin oyunu yekunda 2:3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik”.