- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.