- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Milli paralimpiya komitəsində (AMPK) “Tokio-2020” XVI yay paralimpiya oyunlarına hazırlıq ilə bağlı işlər davam etdirilir. Allsport.az xəbər verir ki, komitə “Tokio-2020”yə hazırlığın sonuncu mərhələsinə başlayıb.
Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. İclasda Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib və eyni zamanda “Tokio-2020” yay paralimpiya oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və onun müavinlərini təyin edib.
Komitə prezidentinin qərarına əsasən, Rauf Mürsəlov komandanın şef-de-missionu, Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli şef-de-missionun müavinləri təyin ediliblər.