- Baxış sayı: 36
- 25 Aprel 2025 16:22
- Baxış sayı: 66
- Aprel 25, 2025
- 0
“Təhsil” respublika idman mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman-şahmat məktəbində boks idman növü üzrə açıq məşq təşkil olunub.
Allsport.az saytı xəbər verir ki, tədbirdə XXVII yay olimpiya oyunlarının boks üzrə bürünc mükafatçısı, Əməkdar idman ustası və Əməkdar məşqçi Vüqar Ələkbərov, Əməkdar idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Fuad Aslanov, müstəqil Azərbaycanın boks üzrə gənclər arasında dünya çempionu, Əməkdar məşqçi və Əməkdar idman ustası Fərhad Acalov, Avropa çempionatının 2-qat gümüş mükafatçısı, 2008-ci il Pekin XXIX Yay Olimpiyadasının bürünc mükafatçısı və Əməkdar idman ustası Şahin İmranov, kişilər arasında Azərbaycanın ilk dünya çempionu, Afina-2004-ün bürünc medalın sahibi, Əməkdar idman ustası Ağası Məmmədov, dünya çempionatının bürünc mükafatçısı, Əməkdar idman ustası, Əməkdar məşqçi Emil Məhərrəmov, dünya və Avropa mükafatçısı, birinci Avropa oyunlarının qalibi, London olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Avropa oyunlarının bürünc medalçısı Məhəmməd Abdullayev və 2-qat Avropa çempionu və kişilər arasında Avropa çempionatının bürünc mükafatçısı Murad Allahverdiyev, uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri yeniyetmə və gənc boksçulardan ibarət idmançılar iştirak ediblər.
İdmançıların yarışlara hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib. Tədbirdə iştirak edən olimpiya, dünya və Avropa mükafatçıları, tanınmış idmançılar öz taktika və texnikalarını gənc boksçulara nümayiş etdiriblər, daha sonra onlarla birgə məşq ediblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, boks idman növünün təbliği və inkişaf etdirilməsindən ibarət olub.
Tədbirin sonunda Paris-2024 yay olimpiya oyunlarına lisenziya qazanmış 2-qat Avropa çempionumuz “Təhsil” RİM-in 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nicat Hüseynovun və Avropa çempionu adını qazanmış Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ömər Aslanlının mükafatlandırılması mərasimi baş tutub. Onlara mərkəzin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Eyni zamanda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib. Sonda açıq məşqdə iştirak edən Avropa, dünya və olimpiya mükafatçıları ilə idmançılar xatirə fotoları çəkdiriblər.