- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Allsport.az xəbər verir ki, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparır.
10 çəki dərəcəsi üzrə baş tutacaq yarış boks mərkəzində təşkil olunacaq. Birincilikdə 147 boksçu gücünü yoxlayacaq.
6 gün davam edəcək çempionatda final döyüşləri fevralın 8-də baş tutacaq.