- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Martın 8-də Bakı boks mərkəzində yeniyetmə boksçuların üzrə ölkə birinciliyi başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışda 14 çəkidə mükafatçılar müəyyənləşəcək.
Çempionata müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə martın 14-də aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.