- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Vətənə olimpiya çempionu olaraq qayıtmağa çalışacağam. Rio-2016-da qələbə ilə başladığıma görə çox sevinirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü 81 q-da ukraynalı Denis Solonenko qalib gələn millimizin bayraqdarı Teymur Məmmədov deyib. Boksçumuz ilk qələbəsi barədə şərhini belə davam edib:
“İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm. Paradda doğma Azərbaycanımızın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən bayrağımızdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir.
Lakin tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bugünkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu. İnanıram ki, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm”.