- Baxış sayı: 61
- 23 Oktyabr 2024 12:35
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Tokio-2020 yay paralimpiya oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.
Allsport.az xəbər verir ki, yarışda 1 qızıl və iki gümüş medal qazanan para-atlet Lamiyə Vəliyeva, Tokio-2020-ni medalsız bitirən Yuliya Yanovskaya (para-atlet) və Kamran Zeynalovla Yelena Taranovanı (hər ikisi güllə atıcılığı) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.
Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.
Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.