- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Milli paralimpiya komitəsi və təhsil nazirliyinin “Bir” tələbə-könüllü proqramı arasında anlaşma memorandumu imzalanıb. Allsport.az xəbər verir ki, tədbir Azərbaycan respublikası prezidentinin sərəncamı ilə elan olunan “Könüllülər ili” çərçivəsində keçirilib.
Sərəncamda ölkədə aparıcı könüllü hərəkatlarından olan “BİR” tələbə-könüllülərin adı da xüsusilə vurğulanıb. Memorandumu milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və təhsil nazirliyinin “Bir” tələbə-könüllü proqramının rəhbəri Canoğlan İlyasov imzalayıblar.