Paralimpiya komitəsində iclas: yeni qərarlar qəbul edildi

Milli paralimpiya komitəsinin videokonfransı keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə edilib:

  1. Azərbaycan Respublikası milli paralimpiya komitəsinin milli abilimpiya federasiyasının yaradılmasında təsisçi kimi iştirakı;
  2. Azərbaycan Respublikası milli paralimpiya komitəsinin “Azərbaycan
    Respublikası mwyəssərliyin qiymətləndirilməsi mərkəzi” məhdud
    məsuliyyətli cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirak etməsi.

    Komitənin prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdə olan məsələlər müzakirə edilib.

    Müzakirələrdə ARMPK-nın vitse-prezidenti İlham Zəkiyev, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova, ARMPK-nın üzgüçülük idman növü üzrə baş məşqçisi Alaverdi Culfayev, boccia idman federasiyasının baş katibi İlham Məhərrəmov və “İstedadlı Əlillər” ictimai birliyinin sədri Cavad Qasımov çıxış ediblər.

    Səsvermə nəticəsində Paralimpiya komitəsinin milli abilimpiya federasiyasının yaradılmasında təsisçi kimi iştirakı və “Azərbaycan Respublikası müyəssərliyin qiymətləndirilməsi mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qərarları qəbul olundu.

Həmin kateqoriyadan

azenrutr